ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

02.12.2015 - 12:50
aq evABŞ Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqini gözdən keçirir. 
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət katibinin beynəlxalq təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə müavini Rouz Hetemüller Konqresin Nümayəndələr Palatasında deyib: “Vaşinqton hesab edir ki, Moskva 2014-cü ildə yerüstü qanadlı raketlərin hazırlanmasını və sınağını keçirməklə yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqavilənin şərtlərini pozub”.
Hetemüller Rusiyanın faktı etiraf etmədiyini desə də, Vaşinqton müqavilənin pozulmasına görə Moskvaya qarşı sanksiyalar hazırlayacağını deyib.
Pentaqonun yüksək rütbəli nümayəndəsi Brayan Makkeon isə hadisəni potensial təhlükə adlandırıb və rusların yeni raket sistemlərinin Asiya və Avropada əlavə risklər yaradacağını deyib.
Rusiya rəsmləri isə yeni qanadlı raket sistemləri hazırlamaları barədə ittihamları rədd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31