Ərdoğan: “Ruhaniyə zəng edib…”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qırıcısı vurulduqdan sonra rusiyalı həmkarı Vladimir Putinin emosional davrandığını açıqlayıb.
Axar.az xəbər verir ki, Parisdə təşkil olunan BMT İqlim Zirvəsindən sonra Qətərə gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rusiyanın səsləndirdiyi fikirlərin tamamilə yanlış olduğunu deyib:
“Hörmətli Putin Türkiyənin İŞİD-dən neft alması ilə bağlı fikirlər səsləndirir. Bunlar həqiqətə uyğun deyil. Oğlumun da bu işin içində olduğu deyilir. Bunlar böhtandır. Daha əvvəl bənzər böhtanlar İran mediası tərəfindən ortaya atılmışdı. Oğlum və qızımla əlaqədar böhtan uydururdular. Həmin vaxt Ruhaniyə zəng edib bunların böhtan olduğunu açıq-aşkar özünə də demişdim”.
Əvvəllər Putinin ona “mərd və cəsur” dediyini xatırladan Ərdoğan indi Rusiya lideri tərəfindən tənqid olunduğunu bildirib:
“Həmişə Putinin mənimlə bağlı çıxışları mərd və cəsurluğum üzərində qurulub. Eyni zamanda dürüst dövlət başçısı olduğumu deyib. Berluskoni, Gerhard Şröyder və Putinlə birgə görüşümüzdə mənimlə bağlı müsbət fikirlər səsləndirib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=42469