Yunanıstan Türkiyəni satdı: “Rus təyyarəsi…”
Su-24 təyyarəsi Suriya ərazisində vurulub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın Müdafiə naziri Panos Kamennos söyləyib. Onun sözlərinə görə, əgər belə olmasaydı, NATO öz nizamnaməsinin 5-ci maddəsini işə salardı.
Qeyd edək ki, Yunanıstan da Türkiyə kimi NATO üzvüdür. Su-24 təyyarəsi vurulan gündən etibarən Afina Rusiyanın mövqeyini müdafiə edir.
NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansa üzv olan ölkələrdən hansısa biri hücuma məruz qalacağı təqdirdə digər üzv dövlətlər onu birgə müdafiə edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=42533