АBŞ-da atışma: 20-yə yaxın ölü

03.12.2015 - 01:00

rrABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində qeydə alınıb. İlkin məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində 20 nəfər yaralanıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

ABŞ prezidenti Barak Obamaya Kaliforniyadakı hadisə barədə məlumat verilib. Son məlumata görə, atışma nəticəsində 12-20 nəfər ölüb. Ərazi mühasirəyə alınıb. Atış açan 3 nəfərin tutulması üçün əməliyyat keçirilir. Onların adamları girov götürmüş ola bilməsi ehtimal edilir.

Hadisə ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) məhdud fiziki imkanlı insanlar üçün müəssisədə baş verib.

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=42590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31