İŞİD-in silah ticarəti barədə ŞOK FAKTLAR

03.12.2015 - 02:45

1412836821_isidİngiltərənin “Financial Times” qəzetində dərc olunan bir analizdə İŞİD terror təşkilatının silah və sursatı necə və haradan aldığı açıq şəkildə izah edilir. Publika.az xəbər verir ki, ingilis nəşri ötən illərdə İŞİD-ə silah satan, lakin avqust ayında bu işi buraxan bir nəfərin fikirlərinə istinad edib.

Onun sözlərinə görə, ilk addım olaraq İŞİD-in nəzarət etdiyi bölgələrdə fəaliyyət göstərmək üçün silah tacirlərinə təşkilat tərəfindən vəsiqə verilir. Vəsiqədə “bu adam “İslam Dövləti”nin sərhədləri daxilində silah alıb-sata bilər” ifadəsi yazılıb. Amma vəsiqəni o şəxslər alar bilər ki, onlar silahları yalnız İŞİD-ə satsın.

İŞİD-in ən böyük silah tədarükçüləri təşkilatın “düşmənləri”dir. Məsələn, İraq hökumətinə yaxın döyüşçülər öz silahlarını silah tacirlərinə satırlar. Bu silahlar daha sonra İŞİD-ə göndərilir. Bundan başqa, silah tacirləri Əsəd rejimindən də silah alırlar.

Silah və sursatın böyük hissəsi Suriya rejimindən gəlir. Nəşrin yazdığına görə, Moskva və Tehrandan Əsəd rejiimi üçün gələn silah və sursat İŞİD-in ən əhəmiyyətli tədarük kanallarından birini təşkil edir. Hazırda İdlib və Hələb silah ticarətinin ən böyük bazarları hesab olunur.

“İŞİD rus silahlarını axtarır, İran silahlarını isə ucuz olduğu halda alırlar”, – silah tacirləri deyir.

Silah tacirləri və İŞİD üzvləri arasında telsizlər vasitəsilə aparılan danışıqlarda hər silahın adı müəyyən parollarla çəkilir. Belə ki, şifrəli danışıqlarda “kabab” ağır pulemyot, “salat” isə “Kalaşnikov” avtomat silahının patronu mənasını verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=42612

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31