Rusiya Türkiyənin İŞİD-lə ticarətini sübut etdi – ŞOK VİDEOLAR

03.12.2015 - 10:09

isisRusiya Müdafiə Nazirliyi Türkiyəni Suriyada və İraqda vuruşan İŞİD terrorçu qruplaşmanın neftinin əsas istehlakçısı olmaqda və Suriya neftini oğurlamaqda ittiham edib. Bu barədə Rusiya prezidenti Vladimir Putin də bəyan edib.

 

ANS TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya Müdafiə Nazirliyi mətbuat nümayəndələrinin iştirakı ilə konfrans keçirib. Konfransda diqqəti cəlb edən bir məqam isə çox sayda xarici ölkə jurnalistlərinin dəvət olunması idi.

 

Toplantıda Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov çıxış edərək Türkiyə hökümətini İŞİD-lə əməkdaşlıq etməkdə ittaham edib. O, tədbirdə bunu təsdiq edə biləcək bəzi şəkilləri nümayiş etdirsə də, əslində bu Türkiyə hökümətinin İŞİD-lə əməkdaşlıq etdiyini sübut etmirdi. Anatoli Antonov bildirib ki, Türkiyə höküməti bunları heç bir zaman qəbul etməyəcək: “Amma biz yenə də bunu sübut etməyə bu şəkildə də davam edəcəyik”.

Irak’ın Tavan bölgesinde otomobil yığınağı

Onun sözlərinə görə, İŞİD hər il qanunusuz neft satışından iki milyard AŞB dollarına yaxın gəlir əldə edir ki, məhz bunun da ən böyük alıcısı Türkiyədir. Anatoli Antonov deyib ki, Ərdoğan və onun ailə üzvüləri bu ticarətə nəzarət edir. Hazırda Ərdoğanın oğlu Türkiyənin ən böyük enerji şirkətinə rəhbərlik edir və bununla da birbaşa özü məşğuldur.

 

Anatoli Antonov sonda onu da qeyd edib ki, son iki ay ərzində Rusiya aviasiyası tərəfindən həyata keçirilən hava əməliyyatları zaman 30-dan artıq neft emalı müəssisələri məhv edilib.

Suriye'den Türkiye'ye yasadışı petrol ticaretinde kullanılan üç ana rota tespit ettiklerini belirten Rusya Genelkurmay yetkilisi Sergey Rudskoy, bunlardan birinin Deyr ez Zor'dan Batman'a, ikincisinin Tel Afar'dan Cizre'ye, üçüncüsünün de Rakka'nın güneyindeki bir petrol yatağından Osmaniye'ye gittiğini açıkladı.




Short URL: http://www.cumhuriyyet.net/?p=42617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31