Ərdoğan Rusiyanı hədələdi: “Cavabımız olacaq”
“Əgər Rusiya Türkiyəyə sanksiya tətbiq etmək siyasətini dəyişməsə, bizim də Rusiyaya qarşı cavab tədbirlərimiz olacaq”.
Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan Rusiyanın Su-24 bombardmançı təyyarənin türk F-16-ları tərəfindən vurulmasına aqressiv və əsəbi reaksiyasını “qeyri-məqbul” adlandırıb.
“Biz özümüzü emosional aparmadıq və bundan sonra da aparmayacağıq. Biz iki ölkə arasındakı münasibətləri gərginləşdirməyi istəmirik, bunu arzulamırıq. Biz diplomatik üsullarla hərəkət edəcəyik. Lakin Rusiya özünü bu cür aparmaqda davam etsə, biz də cavab tədbirləri görməli olacağıq. Biz Rusiyanın qeyri-məqbul reaksiya və davranışlarını təəssüf hissi ilə izləyirik” – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Su-24 böhranı iki ölkənin münasibətlərini kəskin gərginləşdirib və soyudub. Rusiya öz vətəndaşlarını Türkiyəyə turist səfərlərinə getməməyə çağırıb. Türkiyə mallarının idxalına qadağa qoyub. Rusiyadakı türk iş adamlarını deportasiya etməyə başlayıb. Bir sıra qarşılıqlı səfərlər və tədbirlər də ləğv edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=42638