Britaniya Suriyada müharibəyə qoşuldu

03.12.2015 - 11:43

bombaBöyük Britaniya Suriyada “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayır.

Publika.az BBC-yə istinadən xəbər verir ki, parlamentin 397 üzvü qərarı dəstəkləyib, 223 üzvü isə bombardmanlara qarşı çıxıb.

Suriya ərazisində anti-terror əməliyyatlarında iştirak təklifi ilə baş nazir Devid Kameron çıxış etmişdi. Böyük Britaniya artıq bir ildən çoxdur ki, İraqda İŞİD-in mövqelərinin bombalanmasında iştirak edir.

Son məlumatlara görə, İngiltərə Kral Hava Qüvvələrinə bağlı təyyarələr Suriyada İŞİD-in mövqelərini vurmağa başlayıb.

İngiltərə Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin Cənub Kiprdəki hava bazasından qalxan 4 “Tornado” Suriyada İŞİD mövqelərini bombalayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=42677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31