Rusiya yaşayış məntəqəsini bombaladı – 25 ölü – VİDEO
Rusiya Hərbi-Hava Qüvvələrinə aid döyüş təyyarələri Suriyanın Hələb vilayətinin şimalındakı iki yaşayış məntəqəsini və humanitar yardım aparan TIR-ları bombalayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bombardmanlar nəticəsində 25 nəfər ölüb. 10 TIR isə yanıb.
Səlahiyyətlilər hava hücumunda yaralananların Azez və Tel-Rıfat mahalındakı səhra xəstəxanalarına çatdırıldığını, vəziyyəti daha ağır olanların isə Türkiyədəki xəstəxanalara gətirildiyini deyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=42706