Vladimir Putin xalqa müraciət edəcək
Rusiya prezidenti Vladimir Putin bu gün Federasiya Şurasına illik müraciətini edəcək.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, dövlət başçısı təxminən bir saat sonra (Moskva vaxtı ilə 12:00) ölkənin inkişafına dair baxışları haqqında danışacaq.
Nəşrin yazdığına görə, beynəlxalq təhlükəsizlik və Rusiya iqtisadiyyatı dövlət başçısının müraciətinin əsas mövzusu olacaq.
Vladimir Putinin müraciətinin Türkiyə ilə münasibətlərin son dərəcə mürəkkəbləşdiyi günlərdə edilməsi diqqət çəkir. Rusiya prezidentinin müraciətində Türkiyəyə qarşı növbəti və daha sərt ittihamların səslənəcəyi gözlənilir.
Prezidentin çıxışına minlərlə insan – Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, hökumət üzvləri, Konstitusiya Məhkəməsinin üzvləri, qubernator korpusu, baş prokuror, Mərkəzi Seçki Komissiyasının üzvləri, həmçinin ənənəvi dinlərin başçıları və ən böyük KİV rəhbərləri dəvət olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=42709