Rusiya Türkmən dağını bombaladı – Çoxlu sayda ölü var

03.12.2015 - 15:44

daqRusiya Türkmən dağını bombalamağa başlayıb.

Cümhuriyyət.az AzNews.az-a istinadən xəbər verir ki, noyabrın 24-də SU-24-ün vurulmasından sonra Rusiya ilk dəfə olaraq Türkmən dağına hava hücumu təşkil edib. Künsübbə qəsəbəsi başda olmaqla bir çox nöqtə Rusiya təyyarələri tərəfindən vurulub. Çoxlu sayda ölü və yaralının olduğu bildirilir. Hücum sonrası bölgəyə təcili yardım maşınları gəlib.

Hazırda Rusiya təyyarələri Bayırbucak bölgəsində olan Qaramanlı, Gəbər və Kinsibbə kəndləri üzərindən uçuşlarını davam etdirir. Bayırbucak bölgəsinə qonşu Kürd Dağı da bu səhərdən etibarən vurulan hədəflər arasındadır. Rusiya təyyarələrinin Türkmən dağını bombalaması Türkiyə ilə Rusiya arasında yeni bir münaqişənin yaranmasına şərait yaradır. Siyasətçilər vəziyyətin növbəti dəfə pisləşməsi ehtimalının yüksək olduğunu bildirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=42780

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31