Putin: “Bizi məhv edərlər…”
Əgər terrorçular Suriyada qələbə qazansalar, onda Rusiyaya gəlmələri qaçılmaz olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.
Putin ölkələri terrorla mübarizədə ikili standartlardan çəkinməyə çağırıb:
“Terrorla mübarizə aparmaq üçün tək yumruq olmaq, güclü cəbhə yaratmaq lazımdır. Ölkələr terrora qarşı ikili standartlardan əl çəkməli, radikal qruplaşmaları öz məqsədləri üçün istifadə etməməlidirlər. Xəyanəti hər zaman utancverici bir şey hesab etdik. Suriyada terrorçulara qarşı savaşan döyüşçülərimiz əslində Rusiya üçün mübarizə aparırlar. Yaxın Şərqdə güclənən terrorçular Rusiya üçün önəmli təhlükədir. Onların arasında Rusiya və MDB-dən olan çoxlu terrorçu var. Pul və silah alıb güclərini artırırlar. Əgər çox güclənib Suriyada qələbə qazansalar, onda Rusiyaya gəlmələri qaçılmaz olacaq. Biz onları məhv etməliyik. Suriyada hava əməliyyatlarını məhz bu məqsədlə başlatdıq”.
Putin neft qiymətlərinin bahalaşmasını gözləmək yerinə qeyri-neft sektorunun güclənməsinə ehtiyac olduğunu bildirib.
“Bir-birimizdən ayrılsaq, bizi məhv edərlər. Gücümüz birliyimizdə və ordumuzdadır. Birlikdə mütləq müvəffəqiyyət əldə edəcəyik”, – Putin bu sözlərlə çıxışını başa vurub.
Short URL: http://www.cumhuriyyet.net/?p=42811