Lavrov: Moskva Rusiya və Türkiyə vətəndaşlarına problem yaratmayacaq

04.12.2015 - 11:32
lavrov3Rusiya XİN rəhbəri Sergey Lavrov “SU-24” təyyarəsi ilə bağlı insidentdən sonra Moskvanın Ankaraya qarşı tətbiq etdiyi sanksiyalardan danışarkən Rusiyanın hər iki dövlətin  vətəndaşlarının problemlərlə üzləşməməsi üçün əlindən gələni edəcəyini bildirib.  
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Sergey Lavrov bu sözləri ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısının yekunlarına dair  mətbuat konfransında bildirib.
“Bizim Türkiyəyə qarşı tətbiq etdiyimiz tədbirlərə gəlincə, biz lap əvvəlcədən bildirmişdik ki, bu cinayətkar və hüquqazidd aksiya cavabsız qala bilməz, Türkiyənin hazırkı rəhbərliyi ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz. Biz həmişə demişik və prezident Putin bu gün təsdiqlədi ki, biz Türkiyə xalqını yaxın dost kimi qəbul edirik və Türkiyə xalqını cinayətkar əmri verən şəxslərlə qarışdırmırıq”, deyə Lavrov qeyd edib.
“Biz insanlar arasındakı münasibətlərə xələl gətirəcək addımlardan yayınmağa çalışırıq. Xoşagəlməz hallar, yəqin ki, baş verir, lakin bu prezidentimizin və hökumətimizin siyasəti deyil. Və biz çalışacağıq ki, Rusiya və Türkiyə vətəndaşlarına problem yaranmasın”, deyə nazir qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31