İran Ərdoğanın sözlərinə reaksiya verdi

04.12.2015 - 15:54

turkiye iranİran Xarici İşlər Nazirliyi (XİN) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran mediasından özünün və ailəsinin İŞİD-lə əlaqələrinin olmasına dair xəbərlərin çıxarılması ilə əlaqədar söylədiyi fikirlərinə reaksiya verib.

Trend-in məlumatına görə, bu barədə İranın tasnimnews xəbər saytı məlumat verir.

İran XİN-nin sözçüsü Hüseyn Cabirənsari deyib ki, qonşu ölkələr siyasi mövqelər sərgiləyərkən nəzakətli, əlaqələrdə qarşılıqlı hörmət və məsuliyyətli davranmalıdırlar: “Bilərəkdən və ya bilməyərəkdən Suriyada və İraqda terrorizmi dəstəkləyən çıxışlar etmək və mövqe sərgiləmək regionda böhranın daha da dərinləşməsinə səbəb olur və belə siyasətlər yürüdən ölkələrdə problemlər yaradır.”

H.Cabirənsari deyib ki, İran region ölkələrinin terrorizmlə mübarizədə birləşməsini alqışlayır və bu məqsədə çatmaq üçün qonşu ölkələrlə koordinasiyalı formada əməkdaşlıq edir.

Qeyd edək ki, ötən gün Rəcəb Tayyib Ərdoğan açıqlama verərək bildirib ki, İran mediasında onun və ailə üzvlərinin İŞİD terror təşkilatından neft almasına dair məlumatlar yayımlanıb. Ərdoğan qeyd edib ki, bu kimi məlumatlar yayımlandıqdan sonra o, ölkə prezidenti Həsən Ruhaniyə zəng edib narazılığını bildirib və bundan sonra İran mediasında yayımlanan həmin xəbərlər iftira və yalan olduğu üçün saytlardan çıxarılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31