“İstanbul fəth olunacaq, şəriət gələcək” – Türkiyəyə ŞOK TƏHDİD – VİDEO

04.12.2015 - 15:57

isis3İŞİD türk dilində nəşr etdiyi “Konstantiniyye” jurnalının son sayında Türkiyəni təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror qruplaşması İstanbulu fəth edərək şəriətlə idarə edəcəklərini bildirib.

“İslam Dövləti” ilə döyüşən heç bir millət bağışlanmayacaq. Xüsusilə, Türkiyə kimi qonşularımız bu döyüşdən daha çox zərər çəkəcəklər. Yaxşılığın qarşılığı ancaq yaxşılıqdır, zülm də qarşılıqsız deyil. Siz istədiyiniz qədər səy göstərin, biz yenə də Allahın icazəsi ilə İstanbulu təkbirlərlə fəth edəcəyik. 1400 il əvvəl bunu xəbər verən Peyğəmbərin müjdəsinə nail olacağıq. Küfr, demokratiya və dünyəviliyin hakimiyyətinə son qoyaraq İstanbulu şəriətlə idarə edəcəyik”, – Türkiyəyə ünvanlanan təhdiddə deyilir.

İŞİD həmçinin bu il aprelin 21-də Kahramanmaraşda boğazı kəsilərək öldürülən suriyalı müəllim Şuca Gannuma görə məsuliyyəti üzərinə götürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31