İŞİD-ə qoşulmaq istəyən ana və qızları sərhəddə saxlanıldı

05.12.2015 - 12:50

isis5Suriya-Türkiyə sərhədində İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən qırğızıstanlı ailə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, 5 nəfərdən ibarət ailə – 55 yaşlı qadın 23, 22 və 20 yaşlarında 3 qızı və 4 yaşlı nəvəsini götürərək Suriyaya gedib. Onları Türkiyə sərhədçilərinin səyi nəticəsində saxlamaq mümkün olub.

Qadınlar əvvəlcə Moskvadan saxta sənədlə Türkiyəyə gediblər. Niyyətləri isə Türkiyədən Suriyaya keçmək olub. Lakin bu alınmayıb və onlar Bişkekə qayıdaraq Qazaxıstandan Türkiyəyə keçiblər.

Məlumata görə, onlar Suriyada olan ailə başçısının yanına gedirlərmiş. Suriyada döyüşən ata isə öz oğlunun ölümündən sonra İŞİD üzvlərinə qoşulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=43152

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31