Erməni futbolçu meydana çıxan zaman Türkiyə bayraqları yandırıldı — FOTO + VİDEO

05.12.2015 - 13:19

stadionFutbol üzrə Rusiya çempionatının 18-ci turunda Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydançaya çıxan zaman fanatlar Türkiyə bayraqlarını yandırıblar.

APA-nın məlumatına görə, bu barədə “Ultra Sever” fan-klubu öz “twitter” səhifəsində yazıb.

Qarşılama Moskvanın “Spartak” və Samaranın “Krılya Sovetov” komandaları arasında “Açıq Arena”da baş tutub.

Oyunun 60-cı dəqiqəsində “Spartak”ın və Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydana çıxarkən Moskva klubunun fanatları Türkiyə bayraqlarını yandırmağa başlayıblar.

Qeyd edək ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaşanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43170

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31