İstanbula raket tuşlandı – VİDEO

07.12.2015 - 10:23

raketRusiya “Montre boğazlar konvensiyası”nın şərtlərini pozub. 

 

Publika.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və komunikasiya naziri Binali Yıldırım İstanbul (Bosfor) boğazından keçən Rusiya gəmisinin göyərtəsində əsgərin çiynində raket tutmasını şərh edərkən deyib.
Boğazdan dinc keçiş hüququnun bütün ticarət gəmiləri üçün mövcud olduğunu deyən Binali Yıldırım, ölkəyə zərər verəcək yanaşma və hərəkət olmadığı müddətcə hamının bu hüquqdan istifadə edə biləcəyini qeyd edib.

“Amma açıq bir təhdid, təhrik ünsürü varsa şübhəsiz lazımi tədbirlər görüləcəkdir. Rusiya hərbi gəmisi boğazdan keçərkən göyərtəsində raketli əsgərin dayanması müsbət qarşılanacaq bir hal deyil. Bu açıq bir təxribatdır. Həmçinin “Montre boğazlar konvensiyası”nın pozulması deməkdir.”

Nazir vurğulayıb ki, bu cür təxribatyönümlü və təcavüzkar hərəkətlər nümayiş olunduqca Türkiyə lazım olan tədbirləri görə biləcək qabiliyyətdədir.

Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstriya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı “Montre boğazlar konvensiyası”, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi səlahiyyətlər verir. Sülh vaxtı müəyyən qaydalar çərçivəsində boğazları hərbi və ticarət gəmilərinin keçişi üçün sərbəst edən konvensiyaya görə müharibə vaxtı Türkiyə tərəf ölkələrdən biridirsə, boğazların istifadəsində istədiyi kimi hərəkət edə bilər.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=43278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31