“Vikileaks”dan şok açıqlama: Ankara-Moskva savaşı…
Məşhur “Vikileaks” saytı Türkiyənin Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vurması haqda şok iddia irəli sürüb.
Publika.az xəbər verir ki, sayt Türkiyənin Rusiyaya hava məkanını pozması haqda öncədən xəbərdarlıq etdiyini yazıb.
“Vikileaks” qeyd edir ki, Rusiya məqsədli şəkildə Türkiyə hava məkanını pozub. Kreml bununla Qərb koalisiyasına qarşı öz gücünü nümayiş etdirmək istəyirmiş.
Saytın iddiasına görə, Türkiyənin özü də bununla diqqəti daxili münaqişələrdən başqa məcraya yönəldə bilib.
“Vikileaks” əlavə edir ki, Rusiya-Türkiyə arasında gərginliyin yaranacağı hələ oktyabrın 11-dən məlum imiş. Bu haqda “Twitter”də ilkin informasiyalar yayılıbmış.
Short URL: http://www.cumhuriyyet.net/?p=43345