İraq Rusiyaya görə hava məkanını bağladı

07.12.2015 - 12:57

sdİraq rəhbərliyi Rusiyanın hərbi hava əməliyyatları keçirməsinə görə şimaldakı hava məkanını 2 gün ərzində mülki uçuşlara bağlayıb.

Axar.az xəbər verir ki, bununla bağlı artıq dekabrın 7-8-inə olan mülki uçuşlar ləğv edilib.

İraq rəhbərliyi rus raketlərinin İraq üzərindən Suriyanı vurma ehtimalını nəzərə alaraq 23-25 noyabrda Ərbil və Süleymaniyyə uçuşlarını təxirə salmışdı.

Ancaq Rusiyanın hərbi əməliyyatlarının yenidən başlaması ilə əlaqədar bu gecə saat 00.00-dan etibarən İraqın şimalında hava məkanı mülki uçuşlara yenidən bağlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31