Türkiyə: “Rusiya Montre sazişini pozdu”

07.12.2015 - 13:48

dsBoğazdan sərbəst keçid haqqı bütün ticarət gəmiləri üçün mövcuddur. Ölkəmizə zərər verəcək bir davranış olmadığı müddətcə bu haqqından hər kəs istifadə edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib.

“Boğazdan sərbəst keçid haqqı bütün ticarət gəmiləri üçün mövcuddur. Ölkəmizə zərər verəcək bir davranış olmadığı müddətcə bu haqqı hər kəs istifadə edə bilər. Lakin təhdid və təxribat olarsa, şübhəsiz bütün lazımi tədbirlər görüləcək. Rus gəmisinin Bosfor boğazından keçən zaman əsgərin çiynində qumbaraatan tutmasını xoş qarşılaya bilmərik. Bu, açıq bir təxribatdır. Həmçinin “Montre boğazlar konvensiyasının” (1936) pozulması deməkdir”, – nazir bildirib.

Qeyd edək ki, dekabrın 4-də Bosfor boğazından keçən “Caesar Kunikov” döyüş gəmisindəki rus əsgər qumbaraatanı çiynində hazır vəziyyətdə saxlayaraq, İstanbula doğru tuşlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43377

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31