Avropa Parlamentindən şok məruzə: “Terror törətmək üçün Avropaya kimyəvi və nüvə maddələri gətirilib”
“Terrorçular tərəfindən terror törətmək üçün Avropa İttifaqının ərazisinə kimyəvi, bioloji və nüvə maddələri gətirilib”.
Strateq.az “Daily Star”-a istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin məruzəsində açıqlanıb.
“Biz Avropada çox fəal işləyən ciddi və yaxşı təchiz olunmuş beynəlxaq terror təşkilatı ilə üz-üzə qalmışıq. Bu Avropanın son 10 ildə rastlaşdığı ən ciddi terror təhlükəsidir”- deyə Avropa İttifaqının hüquq –mühafizə orqanı olan “Evropol”un başçısı Rob Ueynrayt bəyan edib.
Məruzədə həmçinin vurğulanır ki, Avropada terrora rəğbəti olan böyük miqdarda insanlar yaşayır. “Bu da Avropa İttifaqında terror hucumu ehtimalını daha da artırır”.
Avropa Parlamentinin bu məruzəsi Parisdəki 13 noyabr terrorundan sonra hazırlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=43419