Rusiya geri addım atdı

07.12.2015 - 15:21

putin11Ölkə rəsmisi Avropaya enerji təminatında problem olmayacağını bildirib
“Rusiya Ukraynanın qazını kəsməyəcək və Avropaya qaz nəqlini təhlükəyə atmayacaq”. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Ukrayna Rusiyadan qaz alacaq. Bu gün həmin münasibətlər oktyabr ayında yarım illik müddətə imzalanan protokollar əsasında tənzimlənir. Biz qazın həm çatdırılması, həm də ötürülməsi ilə bağlı 2019-cu ilin sonunadək imzalanan müqavilələr əsasında yaşayırıq və fikrimcə, biz bu müqavilələr çərçivəsində əməkdaşlığı davam etdirməliyik. Çünki hər ikimiz hər bir halda Avropa istehlakçıları üçün etibarlı qaz təchizatçısıyıq”, – deyə Aleksandr Novak bildirib.

O həmçinin qeyd edib ki, Ukraynadan Krıma elektrik enerjisi ötürülməsindəki problemə cavab olaraq Rusiya bu ölkəyə qaz verilməsini dayandırmayacaq.

Noyabrın 22-nə keçən gecə Krım yarımadasına elektrik enerjisi verilməsi dayandırılmışdı. Hadisə Ukrayna ərazisində yerləşən elektrik ötürücüləri dirəklərinin partlaması nəticəsində baş vermişdi. Nəticədə 2 milyona yaxın insan işıqsız qalmışdı.

Rusiyalı nazir Novak isə bütün bu baş verənlərə baxmayaraq, ölkəsinin Ukraynanı qazsız qoymayacağını bildirib.

“Rusiyanın Avropadakı istehlakçılarına qaz təchizatının etibarlılığını və zəmanətini heç bir halda şübhə altına salmaq olmaz”, – deyən Aleksandr Novak Avropanın ölkəsi üçün əhəmiyyətini bir daha vurğulayıb.

Ümumiyyətlə, Qərbin Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ölkə rəhbərliyini daha diqqətli və ehtiyatlı davranmağa vadar edib. İllər ərzində Rusiya Qərbi hədələmək üçün qaz təchizatından siyasi silah kimi istifadə edib.

Lakin bunun o qədər də fayda vermədiyini, alternativ variantların mövcud olduğunu görüb. Bundan başqa, ölkənin enerji bazarındakı yerini və payını itirmək ehtimalı da var. Məhz bu səbəbdən Rusiya enerji təchizatı siyasətini nisbətən yumşaltmağa məcbur olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=43442

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31