2051-ci ilə qədər yaşanacaq 71 hadisə – Video
2023-cü ildə itirilmiş yaddaşı geri qaytarmaq üçün beyin içi implantlar istehsal ediləcək, 2025-ci ildə Marsa göndərilən ilk insan koloniyası orada yaşamağa başlayacaq, 2030-cu ildə ABŞ “Dünyanın super gücü” ünvanını itirəcək, 2036-ci Alzaymer xəstəliyi tamamilə müalicə olunacaq. Axar.az xəbər verir ki, bu iddiaları Ruhi Çətin adlı türkiyə vətəndaşı araşdırma və hesablamalar apararaq hazırladığı videoda səsləndirib.
Videoda yer alan məlumatların bəzilərini təqdim edirik: “2015-ci ildə “Vindovs 9” istifadəyə veriləcək, 2017-ci ildə Səudiyyə Ərəbistanında dünyanın ən hündür (1 km) göydələni “Kinqdom Tauvər”in inşası bitəcək, 2018-ci ildə robotlardan əsgər kimi istifadə ediləcək, 2019-cu ildə Aral dənizi xəritədən silinəcək, 2020-ci ildə açıq havada siqaret çəkmək bəzi ölkələrdə qadağan ediləcək, 2021-ci ildə düşünərək yazmaq və mesajlaşmaq mümkün olacaq, 2023-cü ildə itirilmiş yaddaşı geri qaytarmaq üçün beyin içi implantlar istehsal ediləcək, Afrikadakı qorilla nəsli tükənəcək, 2025-ci ildə Marsa göndərilən ilk insan koloniyası orada yaşamağa başlayacaq, 2029-cu ildə dünyanın gümüş ehtiyatı bitəcək, sonuncu Madaqaskar tısbağası öləcək və nəsilləri tükənəcək, 2030-cu ildə ABŞ “Dünyanın super gücü” ünvanını itirəcək, 2032-ci ildə şokolad lüks qida hesab olunacaq, 2034-cü ildə neftə alternativ enerjilərin genişlənməsi ilə Yaxın şərqdə iqtisadi çöküş başlayacaq, 2036-ci Alzaymer xəstəliyi tamamilə müalicə olunacaq, 2040-cı ildə dünyanın ortalama istiliyi günümüzdəkindən 2 dərəcə selsi artacaq, 2041-ci ildə dünya əhalisinin sayı 9 milyarda çatacaq, 2044-cü ildə dünyada ortalama insan ömrü 82 ilə çatacaq”.
Bütün iddialarla videodan tanış olmaq olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=43513