Türk hakerlərdən ermənilərə Azərbaycan silləsi
Daha öncə türkmənlərə qarşı hücumlara etiraz olaraq Rusiya saytlarını dağıdan türk haker qrupu “Skorsky”, bu dəfə Azərbaycan əsgərini şəhid edən Ermənistanı hədəfə alıb. Avropa.info xəbər verir ki, türk hakerlər Ermənistanın Birləşmiş Millətlər Təşkilatı nümayəndəliyinin və Ermənistan təhsil nazirliyinin saytlarını dağıdıblar.
Ermənistan təhsil nazirliyinin saytına Azərbaycan və Türkiyənin qardaşlığını göstərən bir şəkil və Türkiyə prezidenti Ərdoğanla İstanbulun fatehi Sultan Mehmedin şəkilləri yerləşdirilib. Bundan başqa saytda mehtər marşının çalındığı eşidilərkən, “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir” şuarı da yer alıb.
Hadisə ilə bağlı açıqlama yayımlayan “Skorsky” Ermənistanla kiber müharibəni davam etdirəcəklərini bildirib.
“Azərbaycanlı qardaşlarımız bilsin k,ionların hər zaman yanında və olmağa çalışacayıq. Rusiya və Ermənistan ilə kiber müharibəmiz intensiv olaraq davam edəcək.”
Short URL: http://www.cumhuriyyet.net/?p=43551