Rusiya sanksiyaları Türkiyəyə nə qədər ziyan vuracaq? – RƏQƏM
Rusiya ilə münasibətlərin gərginləşməsi ən pis ssenaridə Türkiyənin 9 milyard dollar itirməsinə gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin baş nazirinin köməkçisi Mehmet Şimşek açıqlama verib.
O qeyd edib ki, bu itki Türkiyənin Ümumi Daxili Məhsulunun 0,3-0,4 faizinə bərabərdir: “Ümid edirəm, dialoq bütün hallarda olacaq. Türkiyədə turistlərin sayı 603 min nəfərə düşüb. Enerji sahəsində Türkiyənin Rusiyadan asılılığının azaldılması ilə bağlı planlar hazırdır. Artıq baş nazirə göndərilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=43589