Polis genişmiqyaslı əməliyyatlara başladı – Polis rəisləri həbs olundu

08.12.2015 - 11:55
polis2Türkiyə polisi “paralel dövlət” iddiaları ilə bağlı İstanbul başda olmaqla 13 vilayətdə əməliyyata start verib.
Avropa.info xəbər verir ki, İstanbul prokurorluğu 22 iyulda başladılan “paralel dövlət” iddiaları ilə bağlı istintaq çərçivəsində 27 polis haqqında həbs qərarı qəbul olunub.
Prokurorluğun təlimatıyla əməliyyata başlayan İstanbul Mütəşəkkil Cinayətlərkarlıqla Mübarizə və Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları bu gün səhər saatlarında İstanbul və Ankara başda olmaqla 13 vilayətdə əməliyyat başladıb.
Əməliyyat zamanı Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəisi Mehmet Yeşilkaya, rəis müavini Osman Balçı, idarənin şöbə müdiri rəisi Alparslan Çalışqan, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə idarəsinin sabiq rəis müavini Yasin Topçu ilə baş komissar Mehmet Akif Üner də daxil olmaqla 18 nəfər həbs olunub.
İstanbulun sabiq polis rəisi Həmzə Tosunun isə həbs edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Əməliyyatın davam etdiyi bildirilir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=43642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31