Azərbaycanlı milyarderdən Putini qəzəbləndirəcək həmlə

08.12.2015 - 12:16

vahidRusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov yatırımda embarqo tanımır. Putinə yaxınlığı ilə bilinən azərbaycanlı milyarder İstanbuldakı “Edition Hotel”i alıb.

BAKU.WS-in məlumatına görə, Moskva-Ankara gərginliyini xarici ticarətə də daşıyan Rusiyanın embarqo silahı ölkənin məşhur işadamına keçməyib. Vladimir Putinə yaxınlığı ilə bilinən dollar milyarderi Vahid Ələkbərov azərbaycanlı iş adamı Mübariz Mansimova məxsus oteli alıb. “Palmali” şirkətlər qrupunun prezidenti Mənsimov bu oteli hələ 2003-cü ildə almışdı.

V.Ələkbərov bu oteli alaraq Türkiyədəki ikinci yatırımını etmiş oldu. “Lukoil” 2008-ci ildə enerji şirkəti “Akpet”i təxminən 500 milyon dollara almışdı. Azərbaycanlı milyarder Mansimova aid Bodrum-Yalıkavakdakı “Palmarina Hotel”i alıb.

“Lukoil” şirkəti Türkiyədə səs gətirən yatırımlarıyla tanınır. “Cipriani” və “Billionaire” kimi dünyada məşhur olan restoran və klubları Türkiyəyə gətirən şirkətin bundan sonrakı investisiya planları maraq mövzusudur. Şirkətin prezidenti Vahid Ələkbərov 12,3 milyard dollarlıq sərvətiylə Rusiyanın əhəmiyyətli işadamlarından biridir.

Varlılar siyahısında Rusiyada 8-ci, dünyada isə 114-cü sırada yer alan Vahid Ələkbərov Rusiya xam neft istehsalı ilə mə.ğul olur. irkətin illik ticari dövriyyəsi 145 milyard dollara çatır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43648

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31