Vahid Ələkbərov İstanbulda Mübariz Mənsimovun otelini alıb

08.12.2015 - 13:29

vahid2Rusiyanın “Lukoil” şirkətinin sahibi, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov İstanbulda digər azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun “Edition Hotel”ini alıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Para” dərgisinə istinadən bir sıra Türkiyə KİV-ləri yazır.

Bildirilir ki, sövdələşmə Rusiyanın Türkiyəyə qarşı sərt embarqolar tətbiq etdiyi bir vaxtda baş tutub. Prezident Vladimir Putinə yaxın olan Vahid Ələkbərovun otel üçün nə qədər ödədiyi açıqlanmır. “Palmali” şirkəti “Edition Hotel”in yerləşdiyi binanı 2003-cü ildə HSBC bankından alıb, onu otel olaraq yenidən qurub və 2010-cu ildə istifadəyə verib.

Bu günlərdə M.Mənsimov müsahibələrindən birində demişdi ki, turizm sahəsindəki bəzi aktivlərini satmağı nəzərdə tutur. “Para” dərgisi isə yazır ki, Mənsimovun Bodrum Yalıkavakdakı “Palmarina Bodrum” istirahət kompleksinin də Vahid Ələkbərova satılacağı gözlənilir. “Lukoil”un Türkiyənin energetika sektorunda bir sıra aktivləri var.

Short URL: http://www.cumhuriyyet.net/?p=43691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31