Türk hakerlər Ermənistanın rəsmi saytlarını dağıtdılar

08.12.2015 - 13:34

hakerDaha öncə türkmənlərə qarşı hücumlara etiraz olaraq Rusiya saytlarını dağıdan türk haker qrupu “Skorsky”, bu dəfə Azərbaycan əsgərini şəhid edən Ermənistanı hədəfə alıb.

Avropa.info xəbər verir ki, türk hakerlər Ermənistanın Birləşmiş Millətlər Təşkilatı nümayəndəliyinin və Ermənistan təhsil nazirliyinin saytlarını dağıdıblar.

Ermənistan təhsil nazirliyinin saytına Azərbaycan və Türkiyənin qardaşlığını göstərən bir şəkil və Türkiyə prezidenti Ərdoğanla İstanbulun fatehi Sultan Mehmedin şəkilləri yerləşdirilib. Bundan başqa saytda mehtər marşının çalındığı eşidilərkən, “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir” şuarı da yer alıb.

Hadisə ilə bağlı açıqlama yayımlayan “Skorsky” Ermənistanla kiber müharibəni davam etdirəcəyini bildirib:

“Azərbaycanlı qardaşlarımız bilsin ki, onların hər zaman yanındayıq və olmağa çalışacağıq. Rusiya və Ermənistan ilə kiber müharibəmiz intensiv olaraq davam edəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31