Türkiyə üçün verilən vaxt sona çatdı – İraq müharibəyə başlayır – VİDEO

08.12.2015 - 13:48

turkiye4İraqın Mosuldakı hərbçilərini geri çəkməsi üçün Ankaraya verdiyi müddət bu gün başa çatır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri Türkiyəyə verilən müddətin çərşənbə axşamı başa çatacağını xatırladıb.

Cəfəri Türkiyənin əsgərlərini geri çəkməyəcəyi halda məsələnin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında qaldırılacağını vurğulayıb. Ancaq Türkiyə Mosulda yerləşdirilən hərbçiləri və hərbi texnikanın geri çəkilməyəcəyini açıqlayıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Haydar Əl-İbadiyə məktub göndərərək bildirib ki, İraq hökumətinin həssaslığı aradan qaldırılana qədər Mosula yeni əsgərlər göndərilməyəcək.

Amma baş verənlər münasibətlərin daha da gərginləşəcəyini göstərir. Haydar Əl-İbadi baş komandan olaraq İraq Hərbi Hava Qüvvələrinin komandirini ziyarət edib. Baş nazir Hərbi Hava Qüvvələrinə “hazır olun” təlimatı verib. “Ölkənin suverenliyini mühafizə etmək üçün hər an və hər şərtlərdə hazır olmalıyıq”, – Haydar Əl-İbadiyə deyib.

İraqın baş naziri hava güclərinin ölkəni hər cür sərhəd pozuntusu və təhdiddən qorumaq gücündə olduğunu bildirib.

ABŞ-ın mövqeyi isə Türkiyənin bu məsələdəki mövqeyini zəiflədə bilər. ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Jeff Devis Mosulda Türkiyə hərbçilərinin növdə dəyişikliyini dəstəkləmədiklərini açıqlayıb.

“İraq torpaqlarına İraq hökumətinin razılığı olmadan hər hansı hərbi qüvvənin yerləşdirilməsini dəstəkləmirik. Buna ABŞ-ın hərbi heyəti ilə yanaşı hər hansı qonşu ölkənin hərbçiləri də daxildir”, – Devis deyib.
ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyə və İraqı mövzu ilə əlaqədar dialoqa çağırıb.

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin isə bu həftə mövzu ilə əlaqədar Ankaraya gəlməsi gözlənilir.

Bu bölməyə aid digər xəbərlər

 

Short URL: http://www.cumhuriyyet.net/?p=43700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31