Türkiyə Rusiyanı hədələdi – Ankara Kremli zəif yerindən “vuracaq”
“Türkiyə Rusiyanın iqtisadi sanksiyalarına cavab verəcək. Hazırda Ankara cavab tədbirləri üzərində işləyir”.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı səsləndirib.
Davudoğlu bildirib ki, Türkiyənin cavab tədbirləri Rusiyanın zərər görə biləcəyi sahələri əhatə edəcək:
«Sanksiyalara cavab hazırlayırıq. Amma bu mərhələdə belə, hər şeyin yoluna qoyulacağına və buna ehtiyac olmayacağına ümid edirik».
Baş nazirin müavini Numan Kurtulmuş isə bildirib ki, iqtisadi qaydalar Türkiyənin Moskvaya cavab verməsini zəruri edir:
«Hökumət sanksiyalara cavabla bağlı fəaliyyət planını müzakirə edib. Ankara sanksiyalara cavab vermək istəməzdi. Biz gərginliyin artmasına tərəfdar deyilik. Əksinə onun tez bir zamanda aradan qalxmasını istəyirik. Lakin iqtisadiyyatda belə bir qayda var ki, Rusiya addım atırsa, biz də ona cavab verməliyik. Ümid edək ki, buna ehtiyac olmayacaq».
Short URL: http://www.cumhuriyyet.net/?p=43761