Bərzanidən Türkiyəyə dəstək: “Bağdad çox şişirdir…”

08.12.2015 - 17:27

berzani2“Bizdə olan məlumata görə, Türkiyə və İraq Mosul ətrafında türk hərbçilərin yerləşdirilməsi məsələsində daha öncə razılaşmışdı”.

Bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin rəhbəri Məsud Bərzani deyib.

Bərzani Türkiyənin Mosul ətrafına hərbçi göndərməsi məsələsinin çox böyüdüldüyünü bildirib:

“Bizdə olan məlumata görə, Türkiyə və İraq Mosul ətrafında türk hərbçilərin yerləşdirilməsi məsələsində öncədən razılaşmışdı. Bu addım Mosulu İŞİD-dən azad etmək üçün əməliyyata qatılacaq könüllü əsgərlərin öyrədilməsi üçün atılmışdı. Hesab edirəm ki, bu məsələ çox şişirdilib”.

Qeyd edək ki, dekabrın 4-də Türkiyə ordusu Mosulda peşmərgəyə hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraq Baş naziri Heydər Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirib və hərbçiləri çıxarmaq üçün 48 saat vaxt verib. axar.az

Short URL: http://www.cumhuriyyet.net/?p=43801

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31