Bağdadinin ələ keçən müavini: “İŞİD-ə İsrail və bəzi qərb ölkələri dəstək verir”

08.12.2015 - 19:42

baqdadi“İŞİD-in maliyyə ehtiyatı yalnız neftin satılması yolu ilə əldə olunmur. İsrail və bəzi ərəb, qərb ölkələri bu qrupa maliyyə dəstəyi verir”. Bu barədə məlumatı İraqın “Bərasa” Xəbər Agentliyi yayıb. Agentliyin məlumatına görə, İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan İŞİD başçısı Əbubəkr Bağdadinin müavinlərindən biri bunu dindirmə zamanı etiraf edib.

İraq vətəndaşı və Səddam Hüseynin rəhbəri olduğu sabiq BƏƏS partiyasının üzvlərindən olan bu terrorçu istintaqa verdiyi ifadəsində bildirib ki, İŞİD digər ölkələrdən də maliyyə dəstəyi alır. Belə ki, Qətər ildə 120 milyon dollar, Ərəbistan 50 milyon dollar, Birləşmiş Ərəb Əmirlikləri 35 milyon dollar və Bəhreyn 12 milyon dollar pulla bu qrupa kömək edir.

Bağdadinin müavinin sözlərinə görə, Küveytin İŞİD-ə dəstəyinin maliyyə həcmi də 1 milyon 850 min dollardır. Bu maliyyə dəstəyi həmin ölkələrin iş adamları tərəfindən İŞİD-ə göndərilir. İsrail və bəzi qərb ölkələri də İŞİD-ə maliyyə yardımı edirlər.

Bağdadinin müavini həmçinin etiraf edib ki, İŞİD-in təxminən 52 min üzvü var. Onların 22 min nəfərinin maaşı İŞİD-in bölgə üzrə başçıları tərəfindən, qalan şəxslərin maaşı isə İŞİD-i dəstəkləyən ölkələr tərəfindən ödənilir.

Bağdadinin müavini həmçinin etiraf edib ki, bu qrupa hərbi təchizat, avtomobillər, qüvvələrin daşınması üzrə maşınlar, həmçinin tibbi xidmətlər, dərman və ilkin yardımlar Türkiyə vasitəsi ilə təmin olunur. (strateq.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=43810

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31