Türkiyə Ərəbistana 10 milyardlıq silah göndərir – Razılıq
Səudiyyə Ərəbistanı Türkiyədən 10 milyard dollar həcmində zirehli hərbi texnika alacaq.
Bu barədə Türkiyənin “Hüriyyət” qəzetinin yazarı Vahab Munyar məlumat yayıb.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı bu barədə razılığa gəlinib.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanı hökuməti son zamanlar ölkədə baş verən terror olayları və Yəməndə apardığı müharibələrə görə belə addım atıb(Axar.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=47312