“Bu, Tiflis üçün pis nəticələnəcək”
Gürcüstan vətəndaşları Rusiyadan qaz alınmasının siyasi məsələ olduğunu bilir.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Gürcüstan Diplomatları Klubu yayıb. Təşkilat bu əlaqələrin ölkənin suverenliyini təhlükə altına atacağını bildirib:
“İndiyə qədər Gürcüstan Energetika naziri ilə “Qazprom” rəhbəri dörd dəfə görüşüblər. Bunlardan birincisi sentyabrda Brüsseldə, ikincisi oktyabrda Milanda, üçüncüsü dekabrın əvvəlində Luksemburqda, dördüncüsü isə dekabrın 27-si Sürixdə baş tutdu. Son görüşə xüsusi diqqət edilməlidir. Bunun haqqında cəmiyyətə heç bir rəsmi informasiya verilməyib. Energetika nazirinin ölkənin qaz təchizatının diversifikasiyası haqqında planları Gürcüstanın enerji təhlükəsizliyinə böyük zərbə vuracaq. Gürcüstanın İrandan da qaz alması Tiflis üçün çox pis nəticələrə gətirib çıxaracaq”.
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən, Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş və onun nəticələri barədə indiyə qədər heç bir məlumat yaymır.
Gürcüstan Diplomatları Klubu bir neçə ay öncə Gürcüstanın istefada və təqaüddə olan peşəkar diplomatlarının təşəbbüsü ilə yaradılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=48125