İraqın 3 hissəyə bölünməsi “xəndək əməliyyatı” ilə başladı

12.01.2016 - 10:52

iraq2İraq kürd regional rəhbərliyinin Mosulun şimalında yerləşən Rabiadan başlayaraq ölkənin şərqindəki Diyalanın sərhədlərinə qədər uzanan bölgədə xəndək qazması ərəblər və türkmanları ayağa qaldırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqda mübahisəli bölgələr hesab olunan şəhərlərdə xəndəklərin qazılması müstəqil kürd dövlətinin yaradılmasına hazırlıq kimi şərh edilib.

Kürd muxtariyyətdən bildirilib ki, xəndəklər Peşmərgə güclərinin olduğu bölgələrin İŞİD terror təşkilatının hücumlarından qorumaq məqsədi daşıyır. Kürd səlahiyyətlilər müstəqillik üçün xəndək qazmağa ehtiyacın olmadığını bildiriblər.

Ancaq türkmanlar və ərəblər bildirirlər ki, İraq konstitusiyasına görə mübahisəli bölgələr hesab olunan Mosul, Kərkük, Səlahəddin və Diyala vilayətlərini əhatə edəcək şəkildə xəndəyin qazılması müstəqilliyə hazırlıqdır. Müstəqillik üçün fəaliyyətin 2016-cı ildə başlayacağı təxmin edilir.

Mübahisəli bölgələr İraq Konstitusiyasının 140-cı maddəsində əksini tapıb. Lakin 140-cı maddənin icrası ilə bağlı kürdlər, türkmanlar və ərəblər arasında razılıq əldə olunmadığı üçün sözügedən maddə 2007-ci ilin qüvvədən düşüb.

Kerkükdən olan türkman millət vəkili Həsən Turan xəndəyin türkman bölgələrini iki yerə böldüyünü bildirib. Keçmiş türkman millət vəkili Fevzi Əkrəm isə bildirib ki, İraqın kürd, şiə və sünni bölgələri olmaqla üç dövlətə bölünməsi ilə bağlı beynəlxalq plan var.

“Kürd bölgəsi neft gəlirlərinin hamısını nəzarəti altına almaq istəyir. Xəndək bir fransız şirkəti tərəfindən qazılır”, – Fevzi Əkrəm deyib.

Bağdad da xəndəyi müstəqilliyə hazırlıq kimi qiymətləndirib. İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Macid Garravi kürd muxtariyyəinin İŞİD ilə mübarizəni fürsət bildiyini deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930