Neft 60 dollar olacaq
“Brent” markalı neftin qiyməti 2017-ci ildə 60 dollara qədər yüksələcək.
Axar.az xəbər verir ki, bu barədə Londonun “Kapital Ekonomiks” araşdırma şirkətinin analitiki Tomas Puq deyib.
O, Çin iqtisadiyyatının güclənməsi ilə qiymətlərin artacağını bildirib:
“Çin iqtisadiyyatındakı yavaşlama neft təlabatına mənfi təsir edir. Lakin bu il Çin iqtisadiyyatının əvvəlki vəziyyətinə qayıtmasını gözləyirik. Bu, neft qiymətlərinin artmasına səbəb olacaq. Aşağı neft qiymətləri amerikalı istehsalçıları da çətin vəziyyətdə qoyub. ABŞ-da qazma quyularının sayı gedərək azalır. Bu, ölkədə neft istehsalında kəskin enişə səbəb ola bilər. “Brent” markalı neftin qiyməti 2017-ci ildə 60 dollara qədər yüksələcək. 2020-ci ilə qədər isə ortalama 70 dollar səviyyəsində qalacaq. Bu OPEK-in neft hasilatını azaltmamasına görə olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=48725