Putin 25 milyon rüşvət verib – Şok iddia
Dünya Dopinqlə Mübarizə Agentliyi (WADA) Rusiya Prezidenti Vladimir Putin haqda sensassion iddia ilə çıxış edib.
Axar.az xəbər verir ki, agentliyin dünən yaydığı hesabatda Putinin Beynəlxalq Atletika Federasiyaları Birliyinin (IAAF) sabiq prezidenti Lamin Diak ilə 9 rusiyalı atletin dopinq sənədlərini ört-basdır etmək barədə razılığa gəldiyi açıqlanıb.
Hesabata görə, Diak Kreml rəhbərinə 2013-cü ildə Moskvada təşkil olunan Dünya Çempionatında 9 idmançının sənədlərini ləğv etməyi təklif edib. Razılıq çərçivəsində Rusiya 6 milyon dollarlıq yayım haqqı əvəzinə 25 milyon dollar ödəyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=48769