Vladimir Putin geri çəkilir: Türkiyə ilə münasibətlərin yumşaldılması üçün yollar aranır – Təhlil

18.01.2016 - 12:12

putin-erdoqanTəyyarə böhranından sonra Türkiyəyə münasibətdə iqtisadi sanksiyalar tətbiq etdiyini bildirən Rusiyadan bu günlərdə iki önəmli xəbər gəlib. Məlumata görə, Rusiya hökuməti müəyyən şərtlər əsasında bəzi türk şirkətlərinin sanksiyalardan azad edilməsini götür-qoy edir, Rusiya vətəndaşları isə Türkiyədə dincəlmək üçün yollar arayırlar. Suriya sərhədindəki təyyarə insidentindən sonra Türkiyəyə qarşı iqtisadi sanksiyalara – turizmdən kənd təsərrüfatınadək, inşaatdan tekstilədək –  imza atmışRusiya, göründüyü üzrə, güzəştlərə gedir. Bir tərəfdən, Rusiya Türkiyənin təklif etdiyi xidmətlərin olmadığı hallarda türk şirkətlərinə RF-da biznes aparmağa icazə verməyə hazırlaşır, digər tərəfdən, Rusiya turoperatorlar Birliyinin açıqlamasına görə, rusiyalılar Türkiyədən imtina etmirlər.

 

Zəruri hallarda

 

Rusiyanın İqtisadi inkişaf nazirliyi Türkiyə ilə iqtisadi əlaqələrin qırılmasından törəyəcək əlavə itkiləri hesablayaraq “istisna hallar” haqda Rusiya hökuməti üçün qanun layihəsi hazırlayıb. Federal hakimiyyət orqanlarının normativ-hüquqi akt layihələri saytında dərc edilmiş sənəddə zəruri hallarda türk şirkətləri və firmalarına Rusiya ilə biznes aparmaq icazəsi təklif edilir. Hətta onlar sanksiyaların təsiri altına düşsə də.   

 

Seçimi məmurlar edir

 

Qanun layihəsindən göründüyü kimi, türk tədarükçünü əvəzləməyin mümkünsüzlüyü və yaxud onu əvəzləməyin son dərəcə baha başa gələcəyi halda Türkiyə şirkətləri və firmalarının məhsul və xidmətlərindən istifadə etmək olacaq. Türkiyə mənşəli hansı mal və xidmətlərin bu kateqoriyaya daxil ediləcəyi haqda qərarı RF iqtisadi inkişaf nazirliyinin tərkibində yaradılmış qatışıq komissiya digər uyğun müəssisələrlə birlikdə həll edəcək. Həm də hansı türk şirkətinin Rusiya ilə əməkdaşlıq edə bilməyi məmurların qərarından asılı olacaq. Həmin sənədə əsasən, Rusiyanın özəl şirkətləri və dövlət müəssisələri  idarələrarası komissiyaya sübut etməlidir ki, türk tərəfdaşalrı ilə aparmaq niyyətində olduqları biznesə tən gələsi biznes yoxdur. Rusiya hökumətinin bu qanun layihəsini bəyənəcəyi və yaxud onun qüvvəyə minəcəyi halda Rusiyada imtiyazlı türk şirkətlərinin reyestri yaradılacaq.

 

Türkiyəyə necə gedəcəyik?

 

Bu arada Rusiya turoperatorlar Birliyi bildirib ki, Rusiya vətəndaşları Türkiyədən imtina etmirlər. Qeyd olunur ki, turların satışına qadağa və Rusiya XİN-in Türkiyəyə səfər etməmək tövsiyəsinə baxmayaraq,vətəndaşların əksəriyyəti yenə də bu ölkədə istirahət planları qururlar. Sosial şəbəkələrdə “Türkiyədə istirahət ən praktik və ən ucuzudur” başlıqları qar qalaqları kimi artır. Ən geniş yayılmış təklif türk mehmanxanasında yer bronlamaq və internetlə “Türkiyə hava xətləri”nə (THY) bilet almaqdır.

 

Dramatik tənəzzül   

 

Rusiyanın baş naziri Dmitri Medvedyev neftin 30 dollardan aşağı enmiş qiymətini “dramatik” adlandırıb. O, qeyd edib: “Neft qiymətinin bu cür kəskin tənəzzülü bizim hökumət üçün də xoşagəlməz sürpriz oldu. Neft qiymətləri bundan sonra da düşsə, onda büdcənin parametrləri düzəlişlər tələb edəcək”.

 

Bizim zəmanədə sanksiyalar mümkün deyil

 

Hurriyet-in iqtisadi icmalçısı Səfər Ləvənd bu olayları belə şərh edir: “Yada salaq. Arxada qoyduğumuz 2015-ci ilin son ayıdır. Rusiya prezidenti Vladimir Putin vurulmuş təyyarə ilə bağlı böhrandan sonra iqtisadi sanksiyaların bundan belə sərtləşdiriləcəyini bildirir. Həmin günlərdə bizim biznesmenləri, tez-tez Rusiyaya uçmalı olan THY əməkdaşlarını bu ölkəyə buraxmırlar. Türk malları gömrük postlarında durur, ağlagəlməz nəzarətə məruz qalır. O vaxtdan bəri çox da müddət keçməyib, sanksiyalar isə bu və ya digər formada yumşaldılır. Nə üçün? Səbəb çox sadədir. İqtisadiyyatın indiki kürəsəlləşmə əsrində keçən əsrin üsullarını tətbiq edib sərhəddə buraxılış məntəqələrini bağlayır və siyasi rəqabəti iqtisadi savaşa çevirirsinizsə, sizdə heç nə alınmayacaq. Biz indiyədək yazmaqdayıq ki, illərlə İrana nisbətdə tətbiq edilən sanksiyalardan necə yan keçə bilirdik. Rusiya və Türkiyə çoxlu dostları olan qonşu ölkələrdir, lakin əslində, belə deyil, onların, doğrudan da, bir-birinə ehtiyacı var. (Biznes, turizm, biznes sahələrində bir-birinə pərçimlənmiş) bu iki ölkənin münasibətlərini bircə anda kəsmək texniki baxımdan mümkün deyil. Qapılar bağlansa, adamlar bacaya dırmaşacaqlar. Bu gün ən düzgün yol yeni Reza Zərrabın (İran mənşəli biznesmen. Sanksiyalardan yan keçməklə İrana qızıl tədarükü üzrə əməliyyatların təşkili ilə məşğul olurdu-red.) peyda olmasını gözləməmək, danışıqlar masasının arxasına əyləşib siyasəti müzakirə etmək və məhz burada haqq-hesab çürütməkdir. İqtisadiyyata ziyan vurmadan…”

 

Nerdun Hacıoğlu

Hurriyet (Türkiyə), 18.01.2016

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48991

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930