İran neftlə bağlı qərarını verdi
İranın Neft Nazirliyi gündəlik hasilatın 500 min barrel artırılması barədə göstəriş verib.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi məlumat verib.
O, İranın hasilatı artırmayacağı təqdirdə qonşu ölkələrin daha çox neft istehsal edəcəyini və Tehranın bazardakı yerini tutacaqlarını bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Enerji naziri Suhai Mazroyi İranın gündəlik hasilatı artırmaq haqqı olduğunu, lakin bunun hazırkı şəraitə mənfi təsir edəcəyini deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=49170