Mobil telefonlarda inanılmaz kəşf – VİDEO

22.01.2016 - 00:08

rrMütəxəssislər mobil telefon sahəsində inqilab etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu həftə keçiriləcək Davos Dünya İqtisadi Forumunun əsas mövzusu dördüncü sənaye inqilabı olacaq və bu sahədə yeni texnoloji nailiyyətlər üzərində müzakirələr aparılacaq. Forumda 800 nəhəng sənaye liderinin iştirak edəcəyi gözlənilir.
Son illər “geyinilə” bilən cihazların hazırlanması sahəsini inkişaf etdirməyə çalışan mütəxəssislər müasir mobil telefonların fərqli formalarını hazırlamaq niyyətindədirlər. Bunun sayəsində artıq telefonu əldə saxlamağa ehtiyac olmayacaq.
Beyin bölgəsinə yerləşdirə biləcəyimiz kiçik çip sayəsində səsli əmrlər vasitəsilə zəng edə, yaxud da zəngləri qəbul edə biləcəyik. Dördüncü sənaye inqilabının ilk təzahürləri artıq özünü göstərməyə başlayıb. Ötən həftə Panasonic şirkəti istehsal etdiyi görünməz televizor ilə hər kəsi heyran qoymağı bacara bilib.
Xəstələr də yeniliklərdən faydalana biləcəklər. Belə ki, şəkər xəstələri üçün ayrıca çiplər istehsal ediləcək ki, onların səhhəti bu cihazlar vasitəsilə nəzarətdə saxlanılacaq.
“Audi” və ” Google”un üzərində çalışdığı əsas işlərdən biri 2026-cı ildə sürücü olmadan idarə oluna bilən maşınlardır. Planlara görə, məhz həmin ildə ABŞ-da hər 10 maşından biri sürücüsüz olacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=50056

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728