PKK şəhər mərkəzlərinə enəcək… – ŞOK TƏHDİD

22.01.2016 - 22:22

rrPKK terror təşkilatının rəhbərlərindən olan Cəmil Bayık Türkiyəni təhdid edib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cəmil Bayık ABŞ-ın “Vice News TV” kanalına müsahibəsində təhlükəsizlik güclərinin əməliyyatları davam edəcəyi halda dağlarda olan PKK döyüşçülərinin şəhər mərkəzlərinə enəcəyini söyləyib.
Cəmil Bayık Türkiyənin 1990-cı illərə geri qayıtdığını deyib. O, şəhərlərin yandırılaraq məhv edildiyini və insanların köçməyə məcbur olduqlarını qeyd edib. “Partizan güclərini məğlub edərək kürd şəhərlərindəki hərəkata son qoymaq istəyirlər. Buna imkan verməyəcəyik. Əgər döyüşü genişləndirmək istəyirlərsə, partizan güçlərimiz şəhər mərkəzlərinə enəcək”, – PKK lideri vurğulayıb.
O, prezident Rəcəb Tayyib Ərdoğanı “düşmən” adlandırıb və onu 1980-ci il 12 sentyabr tarixində hərbi çevriliş ilə hakimiyyətə gələn Türkiyənin 7-ci prezidenti Kənan Evrenlə müqayisə edib. Bayık 2015-ci il 1 noyabr parlament seçkilərini HDP-ni oyundan kənarlaşdırmaq üçün AKP və İŞİD tərəfindən təşkil edilmiş “zərbə” adlandırıb: “Ərdoğan kürdlər və kürd azadlıq hərəkatı üçün iki variant qoydu: ya geri çəkil, ya da öl! Hər kəs bunu bilsin ki, geri çəkilməyəcəyik, təzyiqə boyun əyməyəcəyik, özümüzü müdafiə edəcəyik”.
PKK lideri sülh danışıqları üçün ümidlərin tükənmədiyini bildirib və beynəlxalq cəmiyyəti PKK ilə Ankara arasında sülh danışıqlarının yenidən başlanması üçün vasitəçilik etməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=50394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728