Rusiya təyyarəsini qadın pilot vurub – Video

23.01.2016 - 00:35

rr2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vuran Türkiyənin F-16 qırıcısı ilə bağlı maraqlı bir fakt ortaya çıxıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus təyyarəsini qadın pilot vurub. Amma qadın pilotun şəxsiyyəti gizli saxlanılır.

Xatırladaq ki, Rusiya təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Ankara Su-24-ün Türkiyənin hava məkanına daxil olduğunu sübut etmək üçün radar görüntülərini yayıb. Türkiyə SQ Baş Qərargahı hava sərhədini pozan təyyarənin 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini, ancaq təyyarənin istiqamətini dəyişdirmədiyini açıqlamışdı.

Rusiya tərəfi isə təyyarənin Suriyanın hava məkanı üzərində vurulduğunu iddia edir. Lakin Moskva bunu sübut edə biləcək dəlilləri ortaya qoya bilməyib. Bombardmançının “qara qutu”larının isə böyük zədə aldığı bildirilir. İndiyə kimi rus təyyarəsini vuran pilotla bağlı heç bir məlumat verilməyib. “Haberler.com” saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, rus təyyarəsini vuran raketi qadın pilot atəşləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728