Neft bir az da bahalaşacaq

23.01.2016 - 18:13

laqardBunu Davos iqtisadi forumundakı çıxışında Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard deyib.

Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Kristin Laqard yaxın günlərdə neftin qiymətinin bir az da bahalaşacağını proqnozlaşdırıb. Onun fikrincə, neftə olan tələbdə artım müşahidə olunur, amma bu sahə yenə də riskli olaraq qalır.

“Ola bilsin ki, qiymət bir az da artsın, çünki son bir neçə ay ərzində tələbat çox da olmasa yüksəlib. Lakin bu sahə yenə də riskli olaraq qalır”, – Laqard belə deib.

“Dünya iqtisadiyyatının gələcəyi” sessiyasındakı çıxışında BVF-un direktoru dünya iqtisadiyyatı üçün dörd əsas risk amilinin adlarını çəkib. Onun sözlərinə görə, bunlar Çin iqtisadiyyatının vəziyyəti, əmtəə bazarlarındakı qiymətlər, mərkəzi bankların pul-kredit siyasətlərinin sinxron olmaması və inkişaf etməkdə olan bazarlarda vəziyyətdir.

Hal-hazırda Brent markalı neftin 1 barrelinin qiyməti 32,02 dollardır. Növbəti hərrac bazar ertəsi, yanvarın 25-də keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=50548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728