Putinin keçmiş arvadı ərə getdi

24.01.2016 - 22:13

rrRusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Aleksandrovna ərə gedib. Axar.az “Sobesednik”ə istinadla xəbər verir ki, 2013-cü ildə Putindən ayrılan Lüdmila özündən 21 yaş kiçik bir şəxslə ailə həyatı qurub.
Araşdırmalar zamanı məlum olub ki, Putinə anasından qalan Sankt- Peterburqdakı bir ev Lüdmila Oçeretnayanın adına qeydiyyatdan keçib. 57 yaşlı Lüdmila İnsanlarla Əlaqə Dərnəyinin rəhbəri, 36 yaşlı Artur Oçeretni ile evlənərək onun soyadını qəbul edib.
Xatırladaq ki, keçmiş həyat yoldaşı ilə yaxşı münasibətləri olduğunu deyən Putin 2014-cü ildə verdiyi müsahibədə evlənməklə bağlı suala “Əvvəl keçmiş arvadımı ərə verim, sonra bu barədə fikirləşərəm”, – demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=50608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728