Ərdoğan: “Türkiyənin qətiyyətini baltalamağa çalışan qüvvələr var”

24.01.2016 - 22:31

erdoqanTürkiyəyə səfər edən ABŞ-ın vitse-prezidenti Co Bayden Yıldız Sarayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

1 saat 20 dəqiqəlik gecikmə ilə başlayan görüş 2 saatdan artıq davam edib. Görüşdən sonra brifinq keçiriləcəyi gözlənilsə də, qərar qəfildən dəyişib və ikili media qarşısına çıxmayıb.

Görüşlə bağlı prezident qaynaqlarından açıqlama verilib. Açıqlamada deyilir ki, görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriya və İraq da daxil olmaqla bölgəyə dair müzakirələr aparılıb.

Ərdoğan İstanbul və Diyarbakır terroru ilə bağlı sərgilədiyi mövqeyə görə ABŞ rəhbərliyinə minnətdarlığını çatdırıb.

Prezident deyib ki, terrora qarşı mübarizədə ictimaiyyət sağlam şəkildə məlumatlandırılmalı və insanlara doğru mesajlar ötürülməlidir.

O, müttəfiq ölkələrin yetkililərindən də bu məsələ ilə bağlı həssaslıq gözlədiyini bildirib:

«Türkiyənin terrora qarşı mübarizədə qətiyyətini baltalamağa çalışan qüvvələr var. Bu qüvvələrə xidmət edəcək ifadə və hərəkətlərdən uzaq durulmalıdır. Türkiyə eynilə ABŞ kimi hüquqi dövlətdir. Terror təbliğatı aparmaq və terrora dəstək ruhlu açıqlamalar vermək söz azadlığı kimi dəyərləndirilməməlidir. Türkiyə İŞİD, PKK, «Əl-Qaidə», DHKP-C kimi terror təşkilatları arasında heç bir fərq qoymur».

Suriyada olduqca kritik bir mərhələnin yaşandığını deyən tərəflər keçid hökumətinin formalaşdırılması üçün görülməli olan işlərdən də danışıblar.

Ərdoğan bildirib ki, Türkiyə İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya ilk gündən hərtərəfli dəstək verir.

İraqdakı qeyri-sabitliyin İŞİD və PKK kimi terrorçu qruplara zəmin hazırladığını deyən Türkiyə prezidenti Ramadinin ardınca Mosul və Fəllucə üçün də ciddi səylərin göstərilməsini vacib sayıb.

Ərdoğan Türkiyənin Başikadakı fəaliyyətinin silahlı qüvvələrin təliminə hesablandığını da diqqətə çatdırıb.

Co Bayden isə terrora qarşı mübarizədə Türkiyənin yanında yer aldıqlarını deyərək, PKK-nı da terror təşkilatı hesab etdiklərini bildirib.

Bayden suriyalı qaçqınlara yardım məsələsində Türkiyənin etdiklərinin təqdirə layiq olduğunu da ifadə edib(azadliq.info).

Short URL: http://www.cumhuriyyet.net/?p=50619

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728