Vaşinqton İŞİD – i yox edəcək qüvvəni bölgəyə göndərdi
ABŞ hava – desant qüvvələrini İŞİD – lə mübarizədə İraq ordusuna yardım etmək üçün bu ölkəyə göndərir. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyantla müdafiə naziri Eşton Karter çıxış edib.
“Mən keçən həftə Fort – Kempbeldəki bazada 91 – ci hava – desant diviziyasının qərargahında oldum. Onlar İraqda İŞİD – ə qarşı döyüşəcək növbəti tam tərkibli hərbi hissə olacaq” – deyə pentaqon rəhbəri bildirib.
Pentaqon rəhbəri deyib ki, onların qarşısında konkret hədəflər qoyulub və onlar İraq ordusuna İŞİD – ə qarşı mübarizədə yardım edəcək. Pentaqon rəhbəri hərbçilərin nə zaman, sayı və hansı müddətdə İraqda olacağı barədə bir söz deməyib: “Biz İŞİD – lə mübarizədə yeni imkanlar axtarırıq. Bu vəhşi, barbar təşkilatı sonadək məhv etmək niyyətimiz var və konkret hədəfimiz də budur. Daha yerli qüvvələri əvəz etmək niyyətində deyilik. Bu məqsədlə ora biz artıq müəyyən sayda xüsusi təyinatlı göndərdik. Onlar İraqda İŞİD – ə qarşı döyüşəcək yerli qüvvələri toplayırlar”.
O eyni zamanda deyib ki, 101 – ci hərbi hava – hava desant diviziyasının əsgərləri də tezliklə İraqa yola düşəcək. İŞİD – lə bağlı Vaşınqtonun planı haqqında danışan Pentaqon rəhbəri deyib ki, bu əsasən üç bənddən ibarətdir:
“Birincisi, İŞİD – in İraq və Suriyadakı əsas mərkəzlərini məhv etmək; daha sonra onun bütün dünyada, o cümlədən Əfqanıstan, Şimali Afrika və Yəməndəki mərkəzlərini məhv etmək, həmçinin ölkəmizin etibarlı müdafiəsini təmin etmək.”
Short URL: http://www.cumhuriyyet.net/?p=50685