Dünya müharibəsi buna görə başlaya bilər – ŞOK İDDİA
Rusiya Elmlər Akademiyası (RAN) yeni dünya müharibəsinin başlama ehtimallarını açıqlayıb.
Publika.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, RAN-ın mütəxəssisi Vitali Aduskin yaxın gələcəkdə kosmosda istifadə olunmayan peyklər və onlardan qopan hissəciklərin hərbi peyklərə zərər verə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, əvvəllər kosmosa göndərilən, amma hazırda istifadə olunmayan 20 mindən artıq peyk var: “Onların ən kiçiyi saatda 34 min 500 kilometr sürətlə hərəkət edir. Hazırkı vəziyyət göstərir ki, bu peyklər və onların qırıntıları hər an kosmosdakı hərbi peyklərlə toqquşa və onlara böyük zərər vura bilər”.
V. Aduskin qeyd edir ki, bunun baş verməsi yeni dünya müharibəsinin başlamasına səbəb ola bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=50919