İŞİD sıralarında 1000-ə yaxın Tacikistan vətəndaşı vuruşur
1000-ə yaxın Tacikistan vətəndaşı ölkə xaricində İŞİD terrorçularının sıralarında vuruşur və bunların əksəriyyəti gənclərdir.
Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, bunu Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda deyib.
Nazirin sözlərinə görə, güc strukturlarının məlumatlarına görə, xarici ölkələrin ərazisində, ilk növbədə Suriyada və Əfqanıstanda, İŞİD sıralarında təxminən 1000 vətəndaşımız vuruşur, bunların əksəriyyəti gənclərdir. DİN rəhbəri bildirib ki, bu günə kimi terror fəaliyyətində şübhəli bilinən 156 nəfər saxlanılıb, 61 nəfər könüllü şəkildə təslim olub, 150-dən çox Tacikistan vətəndaşı hərbi əməliyyatlar zamanı həlak olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=50942